Ötən ay yemək-içməyə nə qədər xərcləmişik? - RƏQƏM
Bizi izləyin

Qırmızı.az

Ötən ay yemək-içməyə nə qədər xərcləmişik? - RƏQƏM

Yanvar ayında istehlakçılara 2243,2 milyon manatlıq və ya 2015-ci ilin eyni ayı ilə müqayisədə 4,3 faiz çox məhsul satılıb.

Publika.az xəbər verir ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın həcmi 4,1 faiz artaraq 1124,8 milyon manata, qeyri-ərzaq məhsulları üzrə isə 5,2 faiz artaraq 1118,4 milyon manata bərabər olub.

Hesabat ayında istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50,1 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 16,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,6 faizi elektrik malları və mebelin, 5,9 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və digər məmulatların, 18,5 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf edilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm