Aydın Əliyev Şabranda qəbul keçirəcək
Bizi izləyin

Qırmızı.az

Aydın Əliyev Şabranda qəbul keçirəcək

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev fevralın 25-də saat 11:00-da Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 60A) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Publika.az xəbər verir ki, qəbul zamanı bölgədə yerləşən rayonların - Şabran, Quba, Qusar, Xaçmaz rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar fevralın 24-ü saat 11:00-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Xaçmaz Gömrük İdarəsi (əlaqə telefonu: (023) 325-34-40) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm