Magistraturaya sənəd qəbulunun vaxtı uzadıldı
Bizi izləyin

Qırmızı.az

Magistraturaya sənəd qəbulunun vaxtı uzadıldı

Magistraturaya sənəd qəbulunun vaxtı uzadılıb.

Publika.az Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi saytına istinadən xəbər verir ki, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulunun vaxtı fevralın 20-si saat 12-00-dək uzadılıb.

Qeyd edək ki, magistraturaya imtahanın birinci mərhələsi martın 6-da, ikinci mərhələsi isə iyunun 5-də keçiriləcək.

Xatırladaq ki, bundan əvvəl TQDK magistraturaya sənəd qəbulunun fevralın 1-dən 19-dək aparılacağını bəyan etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm