• USD 1,7000 0,00% EUR 1,8744 0,00%
    • GBP 2,1898 0,00% RUB 0,0266 0,00%

“Bir çox hallarda ərzaq buğdası yem kimi istifadə olunur”

“Bir çox hallarda ərzaq buğdası yem kimi istifadə olunur”

2015-ci ildə respublikaya 296831,8 min ABŞ dolları dəyərində 1,3 mln ton buğda idxal olunub. Yerli məhsul isə iri tədarükçülər tərəfindən alınmadığından bir çox hallarda ərzaq buğdası yem kimi istifadə olunur.

Publika.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyində “Respublikada istehsal olunan ərzaqlıq buğdanın tədarükü, saxlanması, emalı və istifadəsi ilə bağlı mövcud problemlər və həlli yolları” mövzusunda keçirilən müşavirədə Nazirliyin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov deyib.

Hazırda mülkiyyətçilər tərəfindən əsasən respublikanın bölgələrinin torpaq-iqlim şəraitinə uyğun rayonlaşdırılıb, məhsuldar buğda sortları becərilir ki, bu sortların da məhsulu yüksək çörəkbişirmə keyfiyyətlərinə malikdirlər.

“Həmin sortlar arasında qiymətli bərk buğda sortları da mövcuddur. Hazırda bərk buğda sortlarından Mirbəşir-50, Qaraqılçıq 2, Tərtər, Vüqar, Şiraslan 23, Tərtər 2, Yaqut, Bərəkətli 95, Turan, Əlincə 84, Qarabağ respublikanın müxtəlif ərazilərində əkilib-becərilir. Makaron sənayesi ilə yanaşı, bərk buğdalar çörək bişirilmədə də xüsusi əhəmiyyətə malikdir. Buğdanın seleksiyasında əsas məqsədlərdən biri onun çörək bişirmə keyfiyyətinin yüksəldilməsidir. Yumşaq buğda unundan çörək bişirmədə, bərk buğda unundan isə isə makaron istehsalında istifadə olunur. Bununla yanaşı, bərk buğda unundan 20-30 % yumşaq buğda ununa qatmaqla çörək çıxımı, çörəyin ətiri və dadı daha da yaxşılaşır”.

Tədbirdə iştirak edən tədarükçülərin, dəyirmanların, çörəkbişirmə və makaron istehsalı müəssisələrinin nümayəndələrinə ölkədə istehsal olunan ərzaq buğdasından istifadə etmələri tövsiyə olunub.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR