Qırmızı.az
"Kütləvi çıxarış" kampaniyası Abşeronda
Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın
qeydiyyatı ilə bağlı göstərilən xidmətlərin bilavasitə
vətəndaşların ünvanına çatdırılması, daha sədələşdirilmiş şəkildə
çevik təqdim olunması məqsədilə «Kütləvi çıxarış» kampaniyasını
davam etdirir. Kampaniya çərçivəsində xidmətlərin mobil qaydada
ünvanlara çatdırılması, bu sahədə əlçatanlığı, vətəndaşların
rahatlığını və xidmətlərdən məmnunluq səviyyəsini daha da
artırır.
«Kütləvi çıxarış» kampaniyası növbəti dəfə 20 fevral 2016-cı il
tarixində Abşeron rayonunun Mehdiabad qəsəbəsində keçirilib.
Kampaniya çərçivəsində 100-ə yaxın vətəndaşa qeydiyyat xidmətləri
göstərilib. Kampaniyada “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında”
Qanuna əsasən vətəndaşların mülkiyyət hüquqlarını təsdiq edən ilkin
sənədlər əsasında onlara çıxarışlar verilib. Belə sənədlərə
mənzillərə dair orderlər, aktlar, mülkiyyət barədə qeydiyyat
vəsiqələri, torpaq sahəsinə dair sovet dövründə sovxoz və kolxozlar
tərəfindən verilmiş əmrlər və “Daşınmaz Əmlakın Dövlət Reyestri
haqqında” Qanununda əksini tapmış digər hüquqi sənədlər aiddir.
Eyni zamanda, bir sıra vətəndaşdan mülkiyyətə dair ilkin hüquqi
sənədlər çıxarışla əvəz olunması məqsədilə qəbul edilib.
Kampaniya zamanı əmlakın qeydiyyatı ilə yanaşı, hüquqi
maarifləndirmə aksiyası da keçirilib, vətəndaşlara əmlaklarının
qeydiyyatı ilə bağlı hüquqi məsləhətlər verilib. Vətəndaşlara
əmlakın qeydiyyatının vacibliyi, gətirdiyi üstünlüklər və faydalar
izah olunub. Bildirilib ki, qeydiyyatsız və ya yalnız ilkin
sənədləri olan əmlaklardan fərqli olaraq çıxarışı olan əmlaklardan
daha səmərəli istifadə etmək və müxtəlif hüquqi əməliyyatlar
aparmaq mümkündür. Belə ki, qeydiyyatlı əmlakı alıb-satmaq, girov
qoymaq, onu biznes əməliyyatlarında istifadə etmək və digər hüquqi
əməliyyatlar həyata keçirmək olar.
Əmlakın qeydiyyatı prosesini qat-qat sadələşdirməsinə görə,
«Kütləvi çıxarış» kampaniyası vətəndaşların əmlakının
leqallaşdırılmasında mühüm rol oynayır. Məhz kampaniya çərçivəsində
yaradılan rahat və əlverişli şərait səbəbindən əmlakını dövlət
qeydiyyatına almaq istəyən vətəndaşların sayı getdikcə artmaqdadır.
Artıq davamlı olaraq ölkənin bütün şəhər və rayonlarında keçirilən
“Kütləvi çıxarış” kampaniyası çərçivəsində indiyədək 6700-ə yaxın
vətəndaşa dövlət reyestrindən çıxarışlar təqdim olunub.
Qeyd edək ki, ötən ildən etibarən Əmlak Məsələləri Dövlət Komitəsi
tərəfindən həm əmlakın qeydiyyatında, həm də torpaq idarəçiliyində
«bir pəncərə» prinsipi də tətbiq edilir. Bu yeniliyə görə, həm
vətəndaşların, həm də bələdiyyələrin əmlakın qeydiyyatı üçün
müxtəlif qurumlara getməsinə ehtiyac yoxdur. Belə ki, bundan ötrü
yeganə ünvana - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə (DƏDRX)
müraciət etmək kifayətdir. Müraciətdən sonra əmlakın qeydiyyatı
üçün tələb olunan bütün işlər - müxtəlif sənədlərin toplanması və
rəsmiləşdirilməsi DƏDRX-in əməkdaşları tərəfindən aparılır. Bu da
vətəndaşları həm vaxt itkisindən, həm də çoxsaylı sənədlər
toplanması öhdəliyindən azad edir.
Oxumağa davam et
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov