Milana, Miray, Nilay - qızlara verilən adlar
Bizi izləyin

Qırmızı.az

Milana, Miray, Nilay - qızlara verilən adlar

Azərbaycanda yeni doğulan körpələrə qoyulan adlar arasında qız uşaqlarına daha yaradıcı, fərqli adlar verilməyə başlanılıb.

"Report" Ədliyyə Nazirliyinin məlumatlarına istinadən xəbər verir ki, bu ilin yanvar ayı ərzində oğlan uşaqlarına nisbətən fərqli olan Raul (24), Fateh (14), Onur (12) kimi adlar qoyulub

Qız uşaqlarına verilən adların siyahısında isə yaradıcı, yeni adlar daha çox yer alıb. Belə ki, yanvar ayı ərzində Azərbaycanda doğulan 5 qıza Milana, 14 qıza Miray, 20 qıza isə Nilay adı verilib.

Bundan başqa, yanvar ayında qızlara qoyulan adların siyahısında Nur (21), Banu (37), Aysu (32), Əsma (26), Damla (18), Əsnad (13), Duyğu (12), Mehin (11), Sevgi (11), Məsumə (11), Elif (8), Safiya (7), Sofiya (7), İlknur (6), Nihan (6), Selin (6), Səmra (6), Emiliya (5), Emilya (5) kimi adlar yer alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm