
Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olmaq üçün 24109 nəfər ərizəsini təsdiq edib.
Bu barədə Publika.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib.
Ərizəsini təsdiq edənlərin 21818 nəfəri Azərbaycan, 2291 nəfəri isə rus bölməsinin abituriyentləridir.
Qeyd edək ki, magistratura pilləsinə imtahanın birinci mərhələsi martın 6-da, ikinci mərhələ isə iyunun 5-də keçiriləcək.
Gülxar