Nazir: "Test imtahanlarının forması və məzmunu dəyişdirilməlidir" - VİDEO
Bizi izləyin

Qırmızı.az

Nazir: "Test imtahanlarının forması və məzmunu dəyişdirilməlidir" - VİDEO

“Növbəti 2-3 ildə test imtahanının formasında dəyişiklik gözlənilməsə də, sonrakı dövrdə həm forması, həm də məzmunu dəyişilməlidir. 3-4 il ərzində ali təhsil müəssisəsini bitirən tələbənin bilikləri testlə ölçülə bilməz”.

Publika.az xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov ANS-in “Hesabat”a müsahibəsində deyib.

Test imtahanının üstünlüyündən danışan nazir bu imtahanların forma ilə məzmununun bir-birindən fərqləndirilməsini vacib sayır.

Təhsil naziri qeyd edib ki, testin daha bir çatışmazlığı məzunun gələcəyinin, taleyinin 3 saatlıq imtahanda həll olunmasıdır.

İmtahan sisteminin tətbiqi istiqamətində TQDK sədri Məleykə Abbaszadə ilə müzakirələr aparıldığını deyən M.Cabbarov bildirib ki, növbəti 2-3 ildə test imtahanının formasında dəyişiklik gözlənilməsə də, sonrakı dövrdə imtahanın həm forması, həm də məzmunu dəyişdirilməlidir.

Publika.az nazirin "Hesabat"a müsahibəsini təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm