Avropa Azərbaycan Məktəbi daha bir beynəlxalq quruma üzv qəbul edildi
Bizi izləyin

Qırmızı.az

Avropa Azərbaycan Məktəbi daha bir beynəlxalq quruma üzv qəbul edildi

Avropa Azərbaycan Məktəbi (EAS) Beynəlxalq Məktəblər Şurasına (CIS) üzv qəbul edilib.

Publika.az xəbər verir ki, bununla da EAS artıq təhsildə dünyanın beynəlxalq standart və təcrübəsilə ad çıxarmış nüfuzlu məktəblər sırasına daxil olub.

Beynəlxalq Məktəblər Şurasının Dəstək və Qiymətləndirmə üzrə direktoru Qraham Reyncer Avropa Azərbaycan Məktəbinin üzvlük statusunun təsdiqi barədə göndərdiyi məktubda qeyd edib: “Biz Məktəbin hər bir nümayəndəsini Şura üzvlüyünə qəbul olduqlarına görə təbrik edirik. Şuranın tələblərinə şagirdlərin dünya vətəndaşları kimi yetişməsi üçün onlara bilik, bacarıq və qabiliyyətlərin aşılanması, yüksək keyfiyyətli təhsilin və məktəbin davamlı inkişafının təmin edilməsi daxildir”.

Avropa Azərbaycan Məktəbinin direktoru Qrem Pollok məktəbin pedaqoji heyətinin bu yolda verdikləri töhfəni yüksək qiymətləndirib, tədris və təlimə olan yanaşmada mühüm dəyişikliklərin bilavasitə onların köməyi ilə həyata keçirildiyini bildirib. Məhz bu səylər nəticəsində Məktəb ötən il Beynəlxalq Bakalavriat təşkilatı tərəfindən “Dünya Məktəbi” kimi tanınmış və IB Diplom Proqramının azərbaycanlı şagirdlərə tədrisi üzrə avtorizasiya əldə edib.

Avropa Azərbaycan Məktəbində səfərdə olmuş Beynəlxalq Məktəblər Şurasının məsul nümayəndəsi Kris Massio Məktəbin Badamdarda tikilmiş yeni binasının ən müasir standartlara tam cavab verdiyini vurğulayıb. Burada möcvud olan İT avadanlığı və resurslardan xüsusilə təsirləndiyini deyib.

Qeyd edək ki, Avropa Azərbaycan Məktəbi 2011-ci ildə Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təsis edilib, yerli və beynəlxalq kurikulum əsasında dünyanın ən qabaqcıl təhsil standartları ilə fəaliyyət göstərən modern təhsil müəssisəsidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm