İranlı tələbələrdən Xocalı bəyanatı
Bizi izləyin

Qırmızı.az

İranlı tələbələrdən Xocalı bəyanatı

Azərbaycanda təhsil alan İranlı Tələbələrin Elmi-mədəni və İdman Birliyi 26 fevral - Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb.

Publika.az xəbər verir ki, bəyanatda iranlı tələbələr Ermənistanın Azərbaycana qarşı işğalçılıq və soyqırımı siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin kobudcasına pozulması ilə nəticələnən Xocalı soyqırımı erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsi olduğunu bildiriblər.

Tələbələr təəssüflə bidlirirlər ki, Azərbaycanda dinc əhaliyə qarşı törədilmiş belə dəhşətli soyqırımı aktlarına baxmayaraq, bu faktlar, o cümlədən Xocalı soyqırımı beynəlxalq aləmdə hələ də öz qiymətini almayıb. "İkili standartlara yol vermədən, beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq, bu hadisə xüsusi beynəlxalq komissiya tərəfindən araşdırılmalı, səlahiyyətli beynəlxalq qurumlar tərəfindən genosid aktı kimi tanınmalı, cinayət törədənlərə qarşı sanksiyalar tətbiq edilməlidir".

Bəyanatda vurğulanır ki, artıq 24 ildir dünya, o cümlədən İran xalqı Xocalı faciəsini Azərbaycan xalqı ilə birgə yad edir, konfranslar, tədbirlər, sərgilər təşkil etməklə, Azərbaycanla həmdərd olduğunu nümayiş etdirir. "Biz İranlı tələbələrin Elmi-Mədəni və İdman Birliyi olaraq, XX əsrdə ən ağır beynəlxalq terror cinayətlərindən biri hesab olunan Xocalı faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edir və bəşəriyyətə qarşı törədilən hər növ bütün cinayətləri pisləyirik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm