
Bakıda müştərilərdən biri aldığı “Mikimaus- amor”
nişanlı limonad şüşəsindən siçan çıxdığını iddia edir. Bu məsələ
son günlər sosial şəbəkələrdə yayılıb.
Publika.az xezerxeber-ə istinadən xəbər verir
ki, həmin limonad paytaxtın Suraxanı rayonu Oqtay Şabanov küçəsində
yerləşən sexdə istehsal olunub. Sexin müdiri Mahal Yusifov bir
müddət əvvəl sexin fəaliyyətini dayandırdığını deyir.
İddianın sahibi məlum olmadığı üçün onun sübutu da çətinləşib.
Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev
isə təsdiq edir ki, sözügedən sexdə istehsal zamanı sanitariya və
gigiyena tələbləri pozulub.
Məhsulu belə vəziyyətdə istehsal edən sahibkarlar isə müəyyən miqdarda cərimələnə bilər.