Bakı-Sumqayıt qatarlarının hərəkətində problem yarandı - FOTO (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Bakı-Sumqayıt qatarlarının hərəkətində problem yarandı - FOTO (YENİLƏNİB)

Bu gün səhər saatlarında Bakı-Sumqayıt sürət qatarlarının hərəkətində yaranan problem aradan qaldırılıb.

Bu barədə Publika.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Bildirilib ki, qatarların hərəkətində yaranmış problem bir saat gecikməyə səbəb olub. Sərnişinlərin bir qismi biletlərini qaytarsalar da, əksəriyyəti problemin aradan qaldırılmasını gözləyib.

QSC-dən bildirilib ki, problem qatarlarla əlaqədar olmayıb. Sadəcə, relslərə verilən elektrik enerjisində kəsinti olub. Bir müddət sonra problem aradan qaldırılıb. Hazırda qatarlar normal hərəkət edir.

Gülxar

***

Səhər saatlarında Bakı-Sumqayıt sürət qatarlarının hərəkətində problem yaranıb.

Publika.az xəbər verir ki, bu gün səhər 7:45 və 08:00 radələrində sənaye şəhərindən paytaxta doğru yola çıxmalı olan qatarlar nəzərdə tutulan vaxtda dayanacağa gəlməyib.

Hazırda minə yaxın sərnişin bilet alaraq qatar gözləyir. Sərnişinlərin bir qisminin biletdən imtina edərək dayanacağı tərk etdiyi bildirilir.

Qeyd olunur ki, qatarlar problem səbəbindən Güzdəkdə qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm