Bakıda bələdiyyəyə qeyri-adi etiraz – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bakıda bələdiyyəyə qeyri-adi etiraz – FOTOLAR

Bakının Hövsan qəsəbəsinin sakinləri bələdiyyənin yarıtmaz fəaliyyətinə qarşı qeyri-adi etiraz üsuluna əl atıb.

Publika.az xəbər verir ki, qəsəbə sakinləri yerli qurumların diqqətini cəlb etmək, illərdir mövcud olan yolsuzluq problemini aradan qaldırmaq üçün bələdiyyə idarəsinin yerləşdiyi Oqtay Şabanov küçəsinin tən ortasına stul və reklam lövhəsi qoyublar. Bu, bir tərəfdən yağış suları, palçıq və gölməçələrlə keçilməz olan küçənin baxımsızlığına diqqət çəkmək üçün sakinlər tərəfindən edilən jestdir.

Məsələ burasındadır ki, bir sıra qurumların yerləşdiyi Oqtay Şabanov küçəsi illərdir baxımsız vəziyyətdədir. Bu küçədə Hövsan bələdiyyəsinin, qəsəbə poçtunun, 30 saylı Suraxanı birinci seçki dairəsinin binaları yerləşir. Poçt binasının 4-5 metrliyində, bələdiyyə və 30 saylı Suraxanı birinci seçki dairəsi binasından cəmi 25 metr məsafədə bu cür acınacaqlı durumun hökm sürməsi yerli özünü idarəetmə orqanının necə fəaliyyət göstərməsindən xəbər verir.

Üstəlik, 16 saylı uşaq poliklinikasına, 270 saylı uşaq bağçasına aparan yollar da bu küçədən keçir.

Hövsan bələdiyyəsinin sədri Elbrus Xəlilov Publika.az-a bildirdi ki, küçə yaxın günlərdə təmir ediləcək və bu xoşagəlməz hal aradan qaldırılacaq: “Küçənin bir hissəsindəki çökəkliklər dolduruldu və gölməçələr aradan qaldırıldı. Yaxın günlərdə həmin ərazidəki gölməçələr də doldurulacaq və təmir ediləcək. Sadəcə, indi ora rütubət olduğundan ərazinin qurumasını gözləyirik”.

Anar Tağıyev

Fotolar müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm