
Türkiyə-İraq sərhədində öz aralarında "Survivor"a oxşar
oyun düzəldib proqramın rəhbəri Acun İlıcalıdan kömək istəyən
uşaqlara televiziyanın məşhur simasından cavab
gəlib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Acun
Tvitter hesabından "dostlarımız bu həftə gəlib yarış sədlərinizi
hazırlayacaq" yazaraq uşaqlara şad xəbər verib.
Qeyd edək ki, Şırnakda 8-13 yaşlı uşaqlar "Məşhurlar" və
"Könüllülər" qrupuna ayrılaraq yarışmaya başlayıblar. Uşaqlardan 11
yaşlı Rabiya Roza Ediş Acuna səslənərək kəndlərində oyun sahəsi
qurmasını istəyib:
"Biz "Survivor"a baxıb buranı belə düzəltdik. Başqa oynayacaq oyun, park yeri yoxdur. Acun "ağabəy"dən bizə bir oyun parkı qurmasını istəyirik. Hamımız onun heyranıyıq. Kaş ki görmə şansımız olsaydı".