Xocalıya həsr edilmiş film və kitab təqdimatı dünya mediasında
Bizi izləyin

Qırmızı.az

Xocalıya həsr edilmiş film və kitab təqdimatı dünya mediasında

Fevralın 18-də İsveçin paytaxtı Stokholm şəhərində “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində ABŞ və Litvanın birgə istehsalı olan, çoxsaylı mükafatlar qazanmış “Endless Corridor” (“Sonsuz dəhliz”) adlı müstəqil sənədli filmin nümayişi və“Khojaly Witness of a war crime – Armenia in the Dock” (“Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə”)kitabının təqdimatı haqqında məlumat beynəlxalq mediada böyük əks-səda doğurub.

Publika.az xəbər verir ki, anım gecəsi haqqında məlumat dünyanın 231 qlobal saytında - informasiya, mədəniyyət və biznes xəbərlərində, o cümlədən 76 milyondan artıq gündəlik oxucu auditoriyasının izlədiyi “Yahoo Finance”, “Dow Jones Marketwatch”, ABŞ-ın ümummilli televiziya kanalı CNBC, “Boston Globe”, “The Street”, “International Business Times”, Almaniyadakı “Der Tagesspiegel and Wallstreet:Online”, Fransanın ADVFN, İsveçin “Gartoft” kimi nüfuzlu internet resursları tərəfindən yayılıb.

Statistik nəticələrə görə, təqdimat haqqında informasiyanı 90 milyondan artıq internet istifadəçisi oxuyub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm