Millət vəkili kreditlərdən danışdı: hökumət qərar verməlidir
Bizi izləyin

Qırmızı.az

Millət vəkili kreditlərdən danışdı: hökumət qərar verməlidir

“Kənd təsərrüfatının inkişafı üçün suvarma sistemi ilə əlaqədar xüsusi proqram hazırlanmalıdır. Yoxsa kənd təsərrüfatını inkişaf etdirə bilməyəcəyik”.

Publika.az xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov deyib.

O bildirib ki, kiçik və orta sahibkarlığın inkişafı üçün problemlər aradan qaldırılmalıdır: “Düzdür, bununla bağlı işlər görülür. Lakin bu işləri daha da yaxşılaşdırmaq olar. Kiçik və orta sahibkarlığın inkişafı üçün gömrük və vergi orqanlarına yönəlirəm ki, onların inkişafına problem olmasın”.

Deputat, eyni zamanda, ipoteka kreditlərinə diqqət çəkib. “İpoteka kreditləri üçün 2016-cı ilin büdcəsində 50 milyon manat vəsait nəzərdə tutulmuşdu. Cənab prezident isə ipotekanın məbləğinin daha 200 milyon manat artırılması ilə bağlı göstəriş vermişdi. Hökumət bununla bağlı qərar verməlidir”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm