Sabirabadda yol qəzası baş verib, ölən var
Bizi izləyin

Qırmızı.az

Sabirabadda yol qəzası baş verib, ölən var

Qəza saat 22.45 radələrində Hacıqabul-Bəhrəmtəpə magistralının 14-cü kilometrliyində, Osmanlı dəmiryolu stansiyasının yaxınlığında baş verib.

Qəza saat 22.45 radələrində Hacıqabul-Bəhrəmtəpə magistralının 14-cü kilometrliyində, Osmanlı dəmiryolu stansiyasının yaxınlığında baş verib.

Sabirabad rayon sakini, 1984-cü il təvəllüdlü Ağayev Emin Eminağa oğlunun idarə etdiyi “Mitsubishi Pajero” markalı, 10 SA 292 dövlət nömrə nişanlı avtomobil Sabirabad istiqamətində sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil magistral yolda bir neçə dəfə yuvarlanıb. Sürücü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.

Sürücünün avtomobildə sıxılmış meyiti FHN Sabirabad rayon bölməsinin xilasetmə xidməti tərəfindən xüsusi avadanlıqlarla çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Qeyd edək ki, sürücü Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ Rayon Şöbəsinin giziri olub.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır. /Musavat.com/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm