Milli Məclis büdcəyə dəyişiklikləri təsdiqlədi
Bizi izləyin

Qırmızı.az

Milli Məclis büdcəyə dəyişiklikləri təsdiqlədi

Milli Məclis payız sessiyasında qəbul olunmuş “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanun layihələrinə dəyişiklikləri təsdiqləyib.

Publika.az-ın məlumatına görə, 2016-cı il üzrə yenilənmiş dövlət büdcəsinin gəlirləri 16 mlrd. 822 mln. manat, xərcləri 18 mlrd. 495 mln. manat nəzərdə tutulub.

2016-cı il üçün dövlət büdcəsinin dəqiqləşdirilmiş gəlirləri 2016-cı il üçün təsdiq olunmuş proqnozla müqayisədə 2256 mln. manat və ya 15,5% çoxdur.

2016-cı il üçün dövlət büdcəsinin dəqiqləşdirilmiş xərcləri isə 2016-cı il üçün təsdiq olunmuş proqnozdan 13,7% çoxdur.

Xatırladaq ki, 2016-cı il dövlət büdcəsinin təsdiqlənmiş versiyasında büdcənin gəlirləri 14,566 mlrd. manat, xərcləri isə 16,264 mlrd. manat səviyyəsində nəzərdə tutulmuşdu.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm