AZAL telefon məsələsinə aydınlıq gətirdi
Bizi izləyin

Qırmızı.az

AZAL telefon məsələsinə aydınlıq gətirdi

Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) rəsmi qərarına və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) təklifinə əsasən yük şəklində göndərilən və şarjı 30 faizdən artıq olan litium-ion batareyaları sərnişin təyyarələrinə buraxılmayacaq.

Publika.az xəbər verir ki, qərar 2016-cı il aprelin 1-dən qüvvəyə minəcək.

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib ki, AZAL tərəfindən uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə litium-ion batareyaların (UN 3480 saylı) həmçinin litium metal batareyaların daşınmasına qadağa qoyulub. Qadağa AZAL-da keçirilən Risk Dəyərləndirməsinin nəticəsi olaraq ICAO-nun qərarından bir qədər əvvəl tətbiq olunub.

“ICAO-nun qərarı mobil cihazların (noutbuk, telefon, planşet və sair) tərkibində olan batareyalara (UN 3481 saylı) şamil edilmədiyinə görə bu qərar sərnişin baqajında mobil cihazların daşınmasına təsir etməyəcək. Yüksək alışma təhlükəsinə görə son zamanlar populyar olan iki təkərli özünü balanslaşdıran segvey və skuterlərin sərnişinlərin əl yükündə və qeydiyyatdan keçmiş baqajlarında daşınması da şirkətimiz tərəfindən qadağan edilib”, - deyə P.Kəsəmənski vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm