• USD 1,7000 0,00% EUR 1,8725 -0,17%
    • GBP 2,1844 -0,09% RUB 0,0265 -0,38%

Afinada Xocalıya həsr edilmiş “Sonsuz dəhliz” filmi və kitabın təqdimatı olub - FOTO

Afinada Xocalıya həsr edilmiş “Sonsuz dəhliz” filmi və kitabın təqdimatı olub - FOTO

Fevralın 22- də Afinadakı “İdeal Cinema” kinoteatrında ABŞ və Litva kinematoqrafçıların birgə istehsalı olan beynəlxalq mükafatlar laureatı “Endless Corridor” (“Sonsuz Dəhliz”) adlı sənədli filmin nümayişi və “Khojaly Witness of a war crime – Armenia in the Dock” (“Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə”) kitabın təqdimatı keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya Ədalət !” təbliğat-təşviqat kampaniyası çərçivəsində Azərbaycanın Yunanıstandakı səfirliyi və Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təşkil edilmiş anım gecəsi 26 fevral 1992-ci il tarixində baş vermiş Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə həsr edilmişdir. Qətliam nəticəsində 613 Xocalı sakini ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir. Həlak olanlar arasında 106 qadın, 63 uşaq və 70 qoca da vardı.

Yunanıstanın ictimai-siyasi xadimləri, diplomatlar və mətbuat nümayəndələri də daxil olmaqla 120 nəfərlik auditoriya qarşısında çıxış edən Azərbaycan Respublikasının Yunanıstandakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev deyib: “Azərbaycan illər boyu beynəlxlaq ictimaiyyəti təsirləndirmək və Xocalıda baş vermiş mülki vətəndaşların soyqırımına gətirib çıxaran hadisələr barədə həqiqəti çatdırmaq üçün böyük kampaniyalar keçirərək, hökumət və milli parlamentləri bu faciəvi hadisələrə düzgün siyasi və hüquqi qiymət vermələrinə çağırır. Belə ki, Xocalıda baş vermiş vəhşiliklərin miqyasını dünya ictimaiyyətinə çatdırılmsı üçün 8 may 2008-ci il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət !” beynəlxalq kampaniyası başlanmışdır. Kampaniya Yunanıstan da daxil olmaqla 30-dan artıq ölkədə 100 mindən artıq insanın və 100-dən artıq milli qrup və assosiasiyaların iştirakı ilə həyata keçirilmişdir”.

“Fürsətdən istifadə edərək sizdən, Yunanıstan xalqından “Xocalıya Ədalət !” beynəlxalq kampaniyasına dəstək verməyinizi rica edirəm. Gərək biz hamımız milli şovinizm ideologiyasına qarşı birgə mübarizə aparaq. Bu faciəvi hadisələrə siyası qiymətin verilməsi, təkcə qətlə yetirilmiş və yaralanmış azərbaycanlıların xatirəsi üçün vacib deyil. Bu, dünya ictimaiyyətinin bu cür faciələrin bir daha təkrarlanmasına yol verməməyi üçün vacibdir ”, - deyə azərbaycanlı diplomat vurğulayıb.

“Sonsuz Dəhliz” in litvalı rejissoru Aleksandras Brokas filmin yaranması barədə danışaraq məlumat verib ki, layihənin ideyası onun litvalı həmkarı hərbi jurnalist Riçard Lapaitis və rusiyalı jurnalist Viktoriya İvlevanın Xocalı qətliamında sağ qalmış iki şəxslə görüşmək üçün Azərbaycana yenidən qayıdışından sonra ortaya çıxıb. A.Brokas hər ikisi postsovet ölkəsi olan, Litva və Azərbaycan arasında ortaq hisslər barədə bəhs edib. O, filmin burada rəğbətlə qarşılanmasından məmnun qaldığını deyərək vurğulayıb ki, yunanların başqalarının dərdlərinə nə dərəcədə şərik çıxmasına hazır olması məndə xoş təəssürat bağışladı.

Filmin fasiləsi zamanı həmçinin “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” kitabının da təqdimatı olub.

Kitabın redaktoru İan Peart kitabında qurbanların günahsızlığı haqda yazıb, beynəlxalq ictimaiyyəti faktlarla təmin edib: “Ümid edirəm ki, bu kitabı oxuyandan sonra insanlar özlərinə sual edəcəklər: “Kömək etmək üçün mən nə edə bilərəm?”.

Kitaba Xocalı hadisələrinin canlı şahidləri ilə müsahibələr, beynəlxalq mətbuatda dərc olunmuş materiallar, xarici tədqiqatçıların araşdırmaları, beynəlxalq təşkilatlardan hesabatlar və xarici fotoqraflar tərəfindən çəkilmiş nadir şəkillər daxildir.

2015-ci ildə beynəlxalq səviyyədə uğurla keçən premyerasından sonra, “Sonsuz dəhliz” filmi bütün dünyada kino tənqidçilər tərəfindən rəğbətlə qarşılanmışdır. Bu film Madrid şəhərində keçirilən “Tenerife” Beynəlxalq Film Festivalında “Ən yaxşı sənədli film” və “Sənədli filmin ən yaxşı rejissoru” mükafatlarına, Milan Beynəlxalq Kinematoqrafçılar Festivalında “Sənədli filmin ən yaxşı montajı” mükafatına, eləcə də, ABŞ-da keçirilən Akkolade Qlobal Film Müsabiqəsində iki mükafata – 2015-ci ilin may ayında “Ən yaxşı tamaşa” və 2016-cı ilin yanvar ayında “Humanitar” mükafata layiq görülmüşdür.

Film “Xocalıya ədalət” təbliğat-təşviqat kampaniyası çərçivəsində Türkiyənin “Kanal 24”, “CNN Türk”, Albaniyanın Milli Televiziyasında, İsrailin“Channel 1” və “Eurochannel” televiziya kanalında nümayiş etdirilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR