Meymun Bakı metrosunda meymunluq etdi - VİDEO (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Meymun Bakı metrosunda meymunluq etdi - VİDEO (YENİLƏNİB)

Bu günlərdə sosial şəbəkələrdə yayılan bir video böyük marağa səbəb olub.

"Facebook"da paylaşılan videoda meymun Bakı metrosunun qatarında sözün əsl mənasında meymunluq edir. İnsanlarla əylənən “şıltaq heyvan”ın stansiyaya necə keçirilməsi isə müəmmalıdır.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Publika.az-a açıqlamasında ev heyvanlarının açıq şəkildə stansiyaya daxil olmasının qadağan olduğunu dedi:

“Metropolitendən istifadə qaydalarına əsasən, sərnişinlər üçün narahatlıq və yoluxucu xəstəliyə yoluxma təhlükəsi yarada bilən xəstə heyvan və ya quşla stansiyaya daxil olmaq və ya onları qatarda aparmaq qadağandır. Lakin ola bilər ki, meymun hər hansı çantada və ya qəfəsdə stansiyaya daxil olub, sonradan çıxarılıb. Həmin videoda hadisənin Bakı metrosunda olduğu aydın görünür. Ancaq onun metroya nə zaman daxil olduğunu bilmədiyimizə görə araşdırma aparmağımız bir az çətin olacaq. Lakin buna baxmayaraq, bu hadisə barədə araşdırma aparılacaq”.

Publika.az həmin videonu təqdim edir:

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm