58 ilin avtomobili 27 min dollara - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

58 ilin avtomobili 27 min dollara - FOTOLAR

Bakıda istehsal ili 1958-ci ilə aid olan “QAZ 21” (birinci seriya) avtomobili 27 min dollara satışa çıxarılıb.

Publika.az xəbər verir ki, avtomobilin sahibi maşının mühərriki də daxil olmaqla onun hər bir detalının ən yüksək səviyyədə yığıldığını bildirib.

Saatda 140 kilometr sürəti, 70 at gücü olan avtomobil ideal vəziyyətdədir. Fotolarda avtomobilin, doğrudan da, ən yüksək səviyyədə təmir edildiyi, bəzi detallarının yeniləndiyi, salonunun əla vəziyyətdə olduğu görünür.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm