Azərbaycandakı talassemiyalı xəstələrin sayı AÇIQLANDI
Bizi izləyin

Qırmızı.az

Azərbaycandakı talassemiyalı xəstələrin sayı AÇIQLANDI

Respublika Talassemiya Mərkəzində hazırda dispanser qeydiyyatda olan 2576 xəstə müvafiq müalicə alır və dərman preparatları ilə təmin olunur.

Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, ötən il ərzində Respublika Talassemiya Mərkəzinə 19147 müraciət olunub. 1998 ilkin müraciət etmiş şəxslərin 195 dispanser qeydiyyata götürülüb.

2014-cü il may ayında respublikamızda ilk dəfə allogen-qohum sümük iliyi transplantasiya əməliyyatı uğurla həyata keçirilib. Əməliyyatlarda donor-resipient cütlüyü baci və qardaş arasından seçilib. 2014-cü ildə 10, 2015-ci ildə isə 15 əməliyyat həyata keçirilib.

Mərkəzin laboratoriyasında talassemiya xəstələrinə proqram üzrə nəzərdə tutulmuş laborator müayinələr olunur. 2015-ci ildə orta aylıq müayinələrin sayı 2150 olub.

2015-ci ilin oktyabr ayında ilk dəfə autotransplantasiya əməliyyatı həkimlərimiz tərəfindən uğurla həyata keçirilib. İlk əməliyyatlar Səhiyyə Nazirliyi tərəfindən Belarusiyadan dəvət olunmuş həkimlərin iştirakı ilə keçirilib. Aparılan bütün transplantasiya əməliyyatları dövlət proqramı çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilib.

Transplantasiya olunacaq xəstələrin HLA-tipləndirməsi aparılıb.Hazırda 252 nəfərdə HLA-tipləndirilməsi edilib və 19 cütlukdə tam uyğunluq alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm