Antonio Banderas Şah İsmayıl, Ancelina Coli Taclı bəyim – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Antonio Banderas Şah İsmayıl, Ancelina Coli Taclı bəyim – FOTOLAR

Azərbaycanın fəal sosial şəbəkə istifadəçiləri tərəfindən Hollivud ulduzları olan məşhur ispan aktyor Antonio Banderas və “Oskar” mükafatçısı, BMT-nin xoşməramlı səfiri Ancelina Colinin kollaj edilmiş maraqlı fotoları yayılıb.

Publika.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan fotolarda Antonio Banderas Səfəvilər dövlətinin banisi və ilk şahı, Azərbaycan şairi Şah İsmayıl Xətai, Ancelina Coli isə Şah İsmayılın həyat yoldaşı Taclı bəyim obrazında göstərilir.

Qeyd edək ki, Rəsul Həsənov adlı istifadəçi tərəfindən paylaşılan fotolar sosial şəbəkədə böyük marağa səbəb olub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm