Bu marşrut sabah istiqamətini dəyişəcək
Bizi izləyin

Qırmızı.az

Bu marşrut sabah istiqamətini dəyişəcək

"BakuBus" MMC-yə məxsus 14 saylı marşrutun istiqaməti dəyişdiriləcək.

Bu barədə Publika.az-a "BakuBus"-ın mətbuat katibi Nuridə Allahyarova məlumat verib.

Belə ki, fevralın 26-da paytaxtın Xətai rayonunda yerləşən “Ana harayı” abidəsinin önündə keçiriləcək ümumxalq hüzn mərasimi ilə əlaqədar Xocalı prospekti istiqamətində Nəcəfqulu Rəfiyev, Yusif Səfərov, Süleyman Vəzirov, Mehdi Mehdizadə küçələrinin kəsişmələrindən avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

"BakuBus"a məxsus 14 saylı marşrut xətti bu səbəbdən hər iki istiqamətdə Xətai metro stansiyasının önündən keçməyəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm