Hərbçilərimiz dənizdə terrorizmlə mübarizə kursunda iştirak edəcək
Bizi izləyin

Qırmızı.az

Hərbçilərimiz dənizdə terrorizmlə mübarizə kursunda iştirak edəcək

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri dənizdə terrorizmlə mübarizə kursunda iştirak edəcək

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcək.

mod.gov.az saytı xəbər verir ki, Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən martın 31-dən aprelin 4-dək Marmaris şəhərində (Türkiyə) Dənizdə terrorizmlə mübarizə kursu, NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən martın 31-dən aprelin 4-dək Belqrad şəhərində (Serbiya) "NATO ilə 2014-cü il üzrə Hərbi Əməkdaşlığın Əlaqələndirilməsi" üzrə işçi görüş, Azərbaycan-ABŞ ikitərəfli iş planına əsasən martın 31-dən aprelin 4-dək Dublin (İrlandiya), Belqrad (Serbiya) və Stokholm (İsveç) şəhərlərində "Viking-14" kompüter dəstəkli komanda qərargah təlimi keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm