Banklar ipoteka kreditini niyə dayandırıb?
Bizi izləyin

Qırmızı.az

Banklar ipoteka kreditini niyə dayandırıb?

Hazırda müvəkkil bankların heç birində ipoteka kreditləri aktiv deyil.

Publika.az İpoteka Fonduna istinadən xəbər verir ki, hazırda bankların adi ipoteka kreditləri üzrə ilkin ödəniş faizi tələbi 50-20 faiz arasında, güzəştli kreditlər üzrə 50-15 faiz arasında dəyişir.

Nəzərə çatdıraq ki, ilkin ödəniş - borcalanın yaşayış sahəsinin alınmasına yönəldilən şəxsi vəsaitidir. İlkin ödəniş məbləği ümumi şərtlərlə verilən ipoteka kreditləri üzrə 20 faizdən, güzəştli ipoteka kreditləri üzrə isə 15 faizdən az olmamalıdır.

Yaşayış minimumuna gəlincə, 180-136 manat arasında dəyişir.

Qeyd edək ki, borcalanın (birgə borcalanın) və onun ailəsinin həyatı və fəaliyyəti ilə əlaqədar müntəzəm ödənişlərin hesablanması zamanı hər bir ailə üzvünün saxlanılması üçün xərc ölkə üzrə müəyyən olunmuş yaşayış minimumundan az götürülə bilməz. 2015-ci il üçün yaşayış minimumu ölkə üzrə 131 manat müəyyən edilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm