
Fevralın 26-da paytaxt Bakıda və respublikamızın bütün bölgələrindəki məscidlərdə Cümə namazı zamanı Xocalı soyqırımının qurbanlarının xatirələri yad olunacaq, onların şəninə Quran oxunacaq, ruhları üçün dualar ediləcək.
Qafqaz Müsəlmanları İdarəsindən Publika.az-a verilən məlumata görə, bu barədə Şeyxülislam Allahşükür Paşazadə göstəriş verib.
QMİ sədri bütün Azərbaycan xalqına və şəhidlərimizin ailə üzvlərinə
dərin hüznlə başsağlığı verir, Allahdan Vətənimiz uğrunda şəhid
olanlara rəhmət diləyir, torpaqlarımızın azad və ərazi
bütövlüyümüzün bərpa olunması üçün dualar edir.