Kəmaləddin Heydərov Ağsuda qəbul keçirdi
Bizi izləyin

Qırmızı.az

Kəmaləddin Heydərov Ağsuda qəbul keçirdi

Fevralın 25-də fövqəladə hallar naziri Kəmaləddin Heydərov Ağsu şəhərində Ağsu, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.

Publika.az xəbər verir ki, fövqəladə hallar naziri tərəfindən qəbul edilən 23 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Bundan başqa, kadr məsələləri ilə bağlı 192, digər məsələlərlə bağlı müraciət etmiş 113 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm