• USD 1,7000 0,00% EUR 1,8701 -0,13%
    • GBP 2,1822 -0,10% RUB 0,0264 -0,38%

Ramil Usubov Bakı polisi qarşısında tələb qoydu

Ramil Usubov Bakı polisi qarşısında tələb qoydu

Polis əməkdaşlarının, o cümlədən sahə rəisləri və inspektorlarının zəruri hüquqi biliklərə, geniş dünyagörüşə, yeni texnologiyalarla iş bacarığına, bütövlükdə yüksək professionallığa malik olmaları vacibdir.

Publika.az xəbər verir ki, bunu daxili işlər naziri, general-polkovnik Ramil Usubov Bakı Şəhər Baş Polis İdarəsində bu gün keçirilən əməliyyat müşavirəsində deyib.

Nazir polis əməkdaşlarının qarşıda duran vəzifələrini müəyyənləşdirib və bu məsələlərə hər bir ərazi polis orqanında xüsusi diqqət yetirilməsini tələb edib.

Nazir konkret tapşırıq və tövsiyələrini verib, sabitliyin qorunub saxlanılmasının, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinin, xidməti fəaliyyətin, o cümlədən sosial funksiyaların icrasının yeni keyfiyyət səviyyəsinə yüksəldilməsinin, vətəndaş məmnunluğunun təmin olunmasının başlıca məqsəd olduğunu diqqətə çatdırıb.

Paytaxtın polis orqanlarının sahə rəislərinin və inspektorlarının cinayətlərin profilaktikasında roluna və qarşıda duran vəzifələrlə bağlı danışan daxili işlər nazirinin müavini - Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı Fazil Quliyev geniş məruzə ilə çıxış edib, cinayətkarlığın profilaktikasında və ictimai asayişin təminində görülmüş işlərdən, xidməti fəaliyyətdə mövcud olan nöqsanlardan və qarşıda duran vəzifələrdən söhbət açıb.

O deyib ki, inzibati xəta törətmiş şəxslərin vahid mərkəzləşdirilmiş qeydiyyatının aparılması məqsədilə 2010-cu ildə DİN-də vahid mərkəzləşdirilmiş məlumat sistemi yaradılıb, 2013-cü ildə isə inzibati sahənin pasportunun elektron forması hazırlanaraq həmin sistemə yerləşdirilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR