Brüsseldə də “Sonsuz Dəhliz”ə baxdılar - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Brüsseldə də “Sonsuz Dəhliz”ə baxdılar - FOTOLAR

Fevralın 24-də Belçikanın paytaxtı Brüssel şəhərindəki “BOZAR” Təsviri İncəsənət Mərkəzində ABŞ və Litva kinematoqrafçılarının birgə istehsalı olan, kino sahəsində nüfuzlu beynəlxalq mukafatlara layiq görülmüş “Endless Corridor” (“Sonsuz Dəhliz”) adlı müstəqil sənədli filmin premyerası keçirilib.

Filmin nümayişi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təşkil edilib. Anım gecəsi 26 fevral 1992-ci il tarixində baş vermiş Xocalı qətliamı qurbanlarının əziz xatirəsinə həsr edilib.

Avropa Azərbaycan Cəmiyyətinin Benelüks ölkələri üzrə direktoru Mark Vervilgen deyib: “TEAS, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət !” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində bu tədbirləri təşkil etdiyi üçün qürur hissi duyur. “Xocalıya Ədalət !” beynəlxalq kampaniyası 8 may 2008-ci il tarixində başlanmışdır. Bu kampaniyanın qısa müddət kəsiyində geniş vüsət alması regionda ədalətin bərqərar edilməsində beynəlxalq dəstəkdir. Bu dəstək Avropa, Amerika, Asiya və Afrikada 100-dən artıq ölkədə tədbirlərin keçirilməsi ilə ifadə olunub”.

Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı Fuad İsgəndərov 1992-ci ilin fevral ayında baş vermiş Xocalı qətliamı bəşər tarixində ən dəhşətli kütləvi insan qırğını olduğunu bildirib: “Biz bu münaqişənin sülh yolu ilə həll olunacağına inanırıq və ümid edirik ki, beynəlxalq ictimaiyyət bunun həllində öz səylərini davam etdirəcəkdir.”

Daha sonra səfir vurğulamışdır ki, Azərbaycanın əzəli ərazisi olan Dağlıq Qarabağ və yeddi ətraf rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında qalması səbəbindən azərbaycanlı qaçqın və məcburi köçkünlər oz evlərinə qayıda bilmirlər. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və 22 il ərzində ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlara baxmayaraq, hələ də irəliləyiş yoxdur.

“Sonsuz Dəhliz” filminin qəhrəmanı litvalı jurnalist Riçard Lapaitisin dediklərindən: “Bu gün Xocalı faciəsindən 24 il ötür. Belə oldu ki, mən 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə baş vermiş hadisələrin şahidi oldum. Həmin vaxt erməni qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Azərbaycanın Dağlıq Qarabağ regionundakı Xocalı şəhərinin mülki əhalisinə hücum etmişdir.”

“Sonsuz Dəhliz” filminin adı yalnız Ermənistanın dəhşətli hərbi planının detallarını tam ifadə etmir. Eyni zamanda Xocalı üçün ədalətin hələ də əldə edilmədiyini bildirir. Mən bu gecə Brüsseldə Xocalı üçün şahidlik etmək şərəfinə nail olmuşam. İyirmi beş ildir ki, hərbi jurnalist kimi çalışıram və indiyədək Dağlıq Qarabağdan olan azərbaycanlı məcburi köçkün və qaçqınlarla fəal işləyirəm”, - deyə Lapaitis çıxışını yekunlaşdırmışdır.

Tədbirin bədii hissəsi azərbaycanlı skripkaçı, solo ifaçı, Nəzrin Rəşidovanın gözəl klassik musiqi ifası ilə davam edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm