Departament rəhbəri baş idarəyə rəis getdi
Bizi izləyin

Qırmızı.az

Departament rəhbəri baş idarəyə rəis getdi

Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisi vəzifəsindən azad edilib.

Publika.az-ın məlumatına görə, bu, Vergilər Nazirliyində aparılan kadr islahatı çərçivəsində növbəti dəyişikliklə bağlıdır.

Belə ki, vergilər naziri Fazil Məmmədovun əmri ilə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Zaur İntiqam oğlu Fətizadə Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisi vəzifəsindən azad edilərək Beynəlxalq Münasibətlər və Maliyyə İnstitutlarında Vergi Monitorinqi Baş İdarəsinə rəisi təyin olunub.

Bakı Vergilər Departamentinin rəisi vəzifəsi isə müvəqqəti olaraq nazirin büdcə proqnozlarının icrası üzrə müşaviri Habil Məmmədova həvalə edilib.

Qeyd edək ki, indiyə qədər Beynəlxalq Münasibətlər və Maliyyə İnstitutlarında Vergi Monitorinqi Baş İdarəsinin rəisi vəzifəsini Orxan Musayev icra edirdi.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm