Gömrük Komitəsi təkzib etdi
Bizi izləyin

Qırmızı.az

Gömrük Komitəsi təkzib etdi

Bu gün bəzi kütləvi informasiya vasitələrində vətəndaş Hidayətov Əhliman Əli oğlunun gömrük əməkdaşları tərəfindən onun oğluna qarşı qeyri-qanuni hərəkətə yol verildiyi barədə video müraciəti yayımlanmışdır.

Dövlət Gömrük Komitəsi bildirir ki, Əhliman Hidayətovun oğlu Ziya Hidayətov Rusiya Federasiyasından kommersiya məqsədilə gətirdiyi 100 kilogram sap yükü üçün hesablanmış gömrük ödənişlərini ödəməkdən imtina etdiyinə görə yük müvəqqəti saxlanca götürülmüşdür. Sonradan onun müraciəti əsasında həmin yük gömrük rəsmiləşdirilməsindən keçirilmiş və vətəndaş 78 manat 44 qəpik gömrük ödənişləri ödəyərək yükü təhvil almışdır.

Əhliman Hidayətovun Dövlət Gömrük Komitəsinə daxil olmuş müraciətləri araşdırılmış, yükün qanunamüvafiq şəkildə gömrük ödənişlərinə cəlb edildiyi və oğlundan əlavə pul alınmadığı barədə araşdırmanın nəticəsinə dair ona yazılı məlumat verilmişdir. O, Dövlət Gömrük Komitəsi sədri tərəfindən də qəbul edilmiş və müraciətlərinin araşdırılmasının nəticəsi ona ətraflı izah edilmişdir.

Eləcə də video müraciətdə fərqinə varmadan vətəndaş Hidayətov Əhliman onun müraciətlərinə baxılmadığı və cavab verilmədiyi kimi iddiasını Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinin rəisinin məktubunu nümayiş etdirməklə təkzib edir. Həmçinin, cəmi 100 kilogram sap üçün oğlundan nə az, nə çox 660 manat pul alınması barədə iddiası isə tamamilə əsassızdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm