Sumqayıtda Xocalı qurbanları anıldı – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Sumqayıtda Xocalı qurbanları anıldı – FOTOLAR

Fevralın 26-da Sumqayıt şəhərində Xocalı qurbanlarına ucaldılan abidənin qarşısında Xocalı soyqırımının 24-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Publika.az-ın məlumatına görə, Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, orta və ali məktəblərində faciə ilə bağlı sərgilər və müxtəlif tədbirlər keçirilib, rayonun mədəniyyət müəssisələrində faciənin ildönümü ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, şahidlərlə görüşlər təşkil olunub.

Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcov, qurumun digər nümayəndələri, habelə Sumqayıt ictimaiyyətinin nümayəndələri ümumxalq hüzn günü Xocalı soyqırımının qurbanlarının xatirəsinin anma mərasimində iştirak ediblər.

Mərasimdə çıxış edən İcra hakimiyyətinin başçısı Zakir Fərəcov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə ətraflı məlumat verib.

Bildirilib ki, bu faciənin geniş ictimaiyyətə çatdırılması üçün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük əməyi olub. Məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilib, faciənin dünya ictimaiyyətinin nəzərlərinə çatdırılması məqsədi ilə işlərə başlanılıb.

Daha sonra faciənin ildönümü ərəfəsində Sumqayıt şəhərində məskunlaşmış Xocalı köçkünləri ilə görüş keçirilib. Onlar üçün çay süfrəsi təşkil olundu.

Tədbirin sonunda Sumqayıt rayonunda məskunlaşmış Xocalı köçkünlərinə rayon İcra Hakimiyyəti tərəfindən yardımlar göstərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm