AB Xocalı soyqırımı ilə bağlı məktuba cavab verib
Bizi izləyin

Qırmızı.az

AB Xocalı soyqırımı ilə bağlı məktuba cavab verib

Avropa Birliyinin Avropa Xarici Siyasət Xidmətinin Şərq Tərəfdaşlığı ölkələri ilə ikitərəfli əlaqələr departamentinin rəhbəri Dirk Şubel Xocalı soyqırımı ilə bağlı Benilüks Azərbaycanlılar Konqresinin sədri Sahil Qasımova cavab məktubu göndərib.

Publika.az Diasporla İş Üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, məktubda Xocalıda baş vermiş hadisələrin tanıdılması ilə bağlı keçirilən tədbirlərə görə Avropa Birliyi adından minnətdarlıq ifadə olunub.

O cümlədən Aİ-nin 1992-1993-cü illərdə Dağlıq Qarabağda insanlığa və insan haqlarına qarşı törədilən dəhşətli hadisələrdən təəssüfləndiyi qeyd olunub. “Bu faciədən əziyyət çəkən şəxslərlə bağlı öz narahatlığımı bölüşür, cinayət və zorakılığa məruz qalmış bütün insanlara acıyıram”- deyə məktubda bildirilir.

Cavab məktubunda həmçinin, Avropa Birliyinin ATƏT-in Minsk qrupunun fəaliyyətini və Dağlıq Qarabağ münagişəsinin dinc yolla həllini dəstəklədiyi diqqətə çatdırılır. Avropa Birliyinin Azərbaycana və ölkədə münaqişədən zərər çəkmiş, evlərindən didərgin düşmüş insanlara humanitar yardım edəcəyi də qeyd olunub.

Qeyd edək ki, fevralın 12-də Benilüks Azərbaycanlılar Konqresi Avropa Komissiyasının prezidenti Jan Klaud Junkerə Xocalıda baş verən soyqırıma hüquqi qiymət verilməsi ilə bağlı məktub ünvanlamışdı.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm