Qırmızı.az
Dövlət Neft Şirkətində dəyişiklik edildi
Azərbaycan Prezidenti İlham Əliyev 2003-cü il 24 yanvar tarixli 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.
Fərmana əsasən, Şirkətin prezidenti yanında fəaliyyət göstərən məşvərətçi orqanı hesab edilən Şura kollegial idarəetmə orqanına çevrilib.
Fərmana əsasən, şirkətin Şurasının tərkibinə Şirkətin prezidenti, vitse-prezidentləri və Şirkətin prezidenti tərəfindən müəyyən olunan digər vəzifəli şəxsləri daxildir. Şirkətin Şurasının iclaslarına Şirkətin prezidenti sədrlik edir.
Həmçinin Dövlət Neft Şirkətinin Nizamnaməsinə 6.3-cü bəndi əlavə edilib.
Bu bəndə əsasən, Şirkətin Şurasının üzvləri, habelə komitələrinin və Şirkətin strukturuna daxil olan qurumların rəhbərləri özlərinin birbaşa və ya dolayısı ilə iştirak etdiyi hüquqi şəxslərin, habelə qohumlarının (ərinin (arvadının), valideynlərinin, o cümlədən ərinin (arvadının) valideynlərinin, babalarının və nənələrinin, övladlarının, övladlığa götürənlərinin və ya götürülənlərinin, qardaşlarının və bacılarının) bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Şirkətin Şurasına yazılı şəkildə təqdim etməlidirlər.
Fərmana əsasən, Şirkətin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Şirkətin aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil edən əqdin bağlanması mümkündür.
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı