Yol Polisindən sürücülərə DUMAN XƏBƏRDARLIĞI
Bizi izləyin

Qırmızı.az

Yol Polisindən sürücülərə DUMAN XƏBƏRDARLIĞI

Bakıda müşahidə edilən qatı duman sürücülərin işini çətinləşdirib. Səhər saatlarından müşahidə edilən duman yollarda görmə məsafəsini məhdudlaşdırıb. Hava şəraiti ilə bağlı olaraq Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.

Bakı Şəhər DYPİ-nin bölmə rəisi, polkovik Vaqif Əsədov sürücülərə belə hava şəraitində yaxın işıqlandırmalardan istifadə etməyi məsləhət görüb.

"Yollarda görmə məsafəsi məhdudlaşıb. Bu səbəbdən də sürücülər avtomobil idarə edərkən daha diqqətli olmalı, sürət həddi minumuma endirilməlidir". Bölmə rəisinin sözlərinə görə, yollarda görmə məsafəsi 30 metrdən aşağıdır.

Onun sözlərinə görə, baş verə biləcək qəzalardan qaçmaq üçün sürücülər ara məsafəsini də normadan artıq saxlamalıdırlar. "Ümumiyyətlə, sürücülərin şəxsi avromobillərindən istifadə etməməsi məsləhətdir".

V.Əsədov qatı dumanın daha çox hiss edildiyi yolların adlarını da açıqlayıb. Bunlar 20 Yanvar ərazisi, Yasamal rayonu, həmçinin Günəşli və Əhmədli qəsəbələridir. (anspress.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm