• USD 1,7000 0,00% EUR 1,8725 -0,17%
    • GBP 2,1844 -0,09% RUB 0,0265 -0,38%

Ərinə xəyanət edən qadın şantaj edildi - BAKIDA

Ərinə xəyanət edən qadın şantaj edildi - BAKIDA

Bakıda evli qadın şantaj və rüsvayçılıq obyektinə çevrilib.

Xətai rayonunun 28 yaşlı sakini məktəb sevgisini yada salıb və bu, ona baha başa gəlib. Bakıda evli qadın gənc oğlan tərəfindən şantaj edilib. Suraxanı rayonu Polis İdarəsindən bildirilib ki, idarəyə 28 yaşlı xanım A.M. müraciət edib. O bildirib ki, tanışı 1990-cı il təvəllüdlü Ş.Məmmədov şantaj və hədə-qorxu yolu ilə qadının 10 min manat məbləğində pul və qiymətli əşyalarını ələ keçirib. Gənc oğlan qadını pul verməzsə, onların intim əlaqəsi barədə qohumlara danışacağı ilə hədələyirmiş.

Qadının qohumları onun xəyanəti barədə evdən qiymətli bər-bəzək əşyaları yoxa çıxdıqdan sonra xəbər tutublar. Bundan əlavə, evdən böyük məbləğdə pul yoxa çıxmağa başlayıb. Bu sirli itkilər mütəmadi xarakter daşımağa başlayıb. Beləliklə, A.M-dən şübhələnməyə başlayıblar. Elə həmin vaxt qadın ərinə və qohumlara şantajçı barədə danışıb.

Məlum olub ki, qadınla bir məktəbdə oxumuş Məmmədov bir il əvvəl onunla əlaqə yaradıb. Məmmədov və A.M. hələ məktəb illərində bir-birini seviblər. Onlar evlənmək istəsələr də, qızın anası buna qarşı çıxıb və A.M. başqasına ərə gedib.

Məmmədov qadına bildirib ki, onu əvvəlki kimi sevir və özü də evli olduğu üçün gizli görüşməyi təklif edib. Qadın razılaşıb. Onlar bir müddət görüşüblər. Sonra Məmmədov əlaqə barəsində hamıya danışacağı ilə hədələyərək sevgilisindən pul qoparmağa başlayıb. Ona görə də A.M. dünənədək inandığı şantajçının tələblərini yerinə yetirməyə başlayıb. Şantaj bir il, qadının evində qızılın itməsindən xəbər tutulanadək davam edib.

Qeyd edək ki, iş üzrə materiallar Xətai rayon Polis İdarəsinə göndərilib. Bütün hadisələr məhz bu rayonun ərazisində baş verib. Məmmədov Suraxanı rayonunun ərazisində yaşadığı üçün bu rayonun polis idarəsinə müraciət olunub. (sputnik.az)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR