Yaxşı iş və yüksək maaş arzusunda olan abituriyent hansı ixtisası seçməlidir?
Bizi izləyin

Qırmızı.az

Yaxşı iş və yüksək maaş arzusunda olan abituriyent hansı ixtisası seçməlidir?

Bu gün bir çox hallarda ali təhsil almış gənclər yaxşı iş və ya ümumiyyətlə iş tapmaq problem ilə üz-üzə olduqlarını deyirlər. Maraqlıdır ki, elə müəssisələr də yaxşı işçi tapmaqda çətinlik çəkdiklərini tez-tez dilə gətirirlər. Bəs görəsən, bu cür vəziyyətin yaranmasının əsas səbəbi nədir?

Araşdırmalar gösətirir ki, işəgötürənlərin üzləşdiyi əsas problem yaxşı mütəxəssis tapmaqdır. Məsələn, Ağsu rayonunda yerləşən “AzGranata” Şirə və Şərab Emalı Zavodunun Alkoqollu içkilər sektorunun dierktoru Vüqar Mikayılov deyir ki, bir çox sənaye müəssisəsi kimi onlar da lazımi tələblərə cavab verən kadr tapmaqda ciddi çətinlik çəkirlər:

“Tək bizim yox, əksər istehsalat müəssisələrinin əsas problemi ixtisaslı kadr tapmaqdır. Bu problemi həll edə bilmədikdə isə yeganə çıxış yolumuz başqa ölkələrdən işçi gətirmək olur. Elə bizim zavodda hazırda üç xarici vətəndaş çalışır. Təbii ki, onlar yüksək əmək haqqı müqabilində gəlir. Bizə isə rəhbərlik tərəfindən tapşırıq verilib ki, savadlı və bacarıqlı yerli mütəxəssisləri işə götürək, irəli çəkək. Buna görə də gənclərimizi keyfiyyətli təhsil almağa, özlərini əsl mütəxəssis kimi yetişdirməyə dəvət edirəm.

Xüsusən də qida mühəndisliyi ixtisasının böyük perspektivi var. Azərbaycan Texnologiya Universiteti bu sahə üzrə 30 ildən artıqdır ki mütəxəssis hazırlayır. Mən özüm də bu ali təhsil ocağının məzunu kimi ATU-nun mövcud bazasını, ənənələrini və perspektivini yüksək qiymətlədirirəm. Tələbələri də bu imkanlardan maksimum yararlanmağa çağırıram. Biz ATU-da qida mühəndisliyi ixtisası üzrə təhsil alan tələblərə istehsalat təcrübəsi keçmək üçün hər cür şərait yaratmağa, onları tətillərdə ödənişli işə cəlb etməyə, hətta müəssisəmizin hesabına xaricə təcrübəyə göndərməyə hazırıq. Təbii ki, yaxşı mütəxəssisləri gələcəkdə işlə təmin etməyə də söz veririk.

Bir məqamı da qeyd edim ki, gələcəyin mütəxəssisləri mütləq ingilis dilini də yaxşı öyrənməlidirlər. Çünki hazırda istehsalat müəssisələrində istifadə olunan avadanlıqıarın əksəriyyəti Qərb ölkələrinin istehsalıdır və onların təlimatları, komanda və proqramları ingilis dilindədir.

Bütün gənclərə gələcək karyeralarında uğurlar arzu edirəm. Onlara bir daha demək istəyirəm ki, sadəcə diplom sahibi olmağa yox, dövrün tələblərinə cavab verən yaxşı mütəxəssis olmağa çalışsınlar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm