“Texnikabank” 81 nəfərə böyük məbləğdə zərər vurub" - AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

“Texnikabank” 81 nəfərə böyük məbləğdə zərər vurub" - AÇIQLAMA

"Şübhəsiz ki, bəzi bankların Azərbaycan vətəndaşlarına qarşı siyasəti qəbuledilməzdir. "Texnikabank"ın Bakı filialının rəhbərliyi vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməsinə baxmayaraq, dəymiş zərərin qaytarılmaması təəssüf doğurur. Bu məsələ qınanmalıdır. Düşünürəm ki, müvafiq qurumlar vətəndaşların hüquqlarının qorunması üçün real addımlar atacaqlar".

Bunu Teleqraf.com-a Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Elçin Mirzəbəyli “Texnikabank” ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifov və onun oğlu İslam Yusifov tərəfindən vətəndaşların vəsaitlərinin mənimsənilməsinə münasibət bildirərkən qeyd edib.

E.Mirzəbəyli hesab edir ki, bank-vətəndaş mübahisəsində dövlət daha çox ikincinin yanında durmalıdır: "Təəssüf ki, Azərbaycan məhkəmələri bəzi hallarda bankaların hüquqularını daha çox müdafiə edir və vətəndaş kənarda qalır. Bəzi banklar vətəndaşları aldadır. 22 faiz kredit adı altında müştəriləri cəlb edən banklar əslində krediti 30 və daha çox faizlə verirlər. "Texnikabank"ın Bakı filialının sabiq rəhbərliyi bankın imkanlarını genişləndirmək, inkişaf etdirmək əvəzinə mənimsəmə ilə məşğul olub və 81 nəfərə böyük məbləğdə zərər vurub. Məhkəmə vətəndaşların hüquqularının təmin edilməsi üçün qərar çıxarmalı və qərar dərhal icraya yönəltməlidir. "Texnikabank"ın Bakı filialının sabiq rəhbərliyi vətəndaşlara dəymiş zərəri ödəməsə, əhalinin bankalara olan inamı daha da sarsıla bilər. Ona görə də vətəndaşların vəsaitləri qaytarılmalıdır".

Qeyd edək ki, bu günlərdə Ali Məhkəmənin qərarı ilə “Texnikabank” ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun oğlu İslam Yusifovun kassasiya şikayəti təmin edilib və o, azadlığa buraxılıb. Onun azadlığa buraxılması 81 nəfər zərərçəkmişin hüquqlarının pozulması ilə müşayiət olunub. 81 nəfərin 38 milyon manatdan çox pulunu mənimsəyən Zal Yusifov cinayət əməlinə öz oğlunu da cəlb edib. Buna görə də Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ata 15, oğul isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.


Məhkəmənin qərarına görə, Zal Yusifovun cinayət yolu ilə əldə etdiyi pullar hesabına tikilmiş mülkləri satılmalı, əldə olunan gəlir hesabına zərərçəkmişlərə dəyən ziyan ödənilməlidir. Bununla bağlı Bakı Apelyasiya Məhkəməsi qərar çıxarıb. 81 nəfərə dəyən ziyan ödənmədən bankrin oğlunun azadlığa buraxılması narazılıqla qarşılanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm