
Bakının Niyazi küçəsindəki daşlı yol ləğv edilib.
Musavat.com xəbər verir ki, Prezident Administrasiyası ilə Azneft dairəsi arasındakı yola asfalt çəkilib.
"Bakı Şəhər Halqası"ndan verilən məlumata görə, bu, Formula 1 yarışı ilə əlaqədar görülən müvəqqəti tədbirdir. Yarışdan sonra asfalt xüsusi vasitə ilə ləğv ediləcək və Niyazi küçəsi ənənəvi görkəminə qayıdacaq.
Qeyd edək ki, Niyazi küçəsi UNESCO-nun ümumdünya irsinə daxildir.