Nazir Mir Şahinə hesabat verdi - VİDEO
Bizi izləyin

Qırmızı.az

Nazir Mir Şahinə hesabat verdi - VİDEO

ANS-in “Hesabat” verilişində Mir Şahinin qonağı Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev olub.

Qonaq İrana qarşı sanksiyalar aradan qaldırıldıqdan sonra Azərbaycan və İran arasında iqtisadi münasibətlərdən, prezident İlham Əliyevin İrana səfəri zamanı imzalanmış sənədlərdən, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi, "Şahdəniz 2", Cənub qaz dəhlizi layihələri haqqında ətraflı məlumat verib. Nazir son iki ildə Azərbaycan və İran arasındakı əlaqələrdə yeni mərhələyə başlanıldığını diqqətə çatdırıb.

İranla münasibətlərdə Azərbaycan üçün prioritet sahələrə toxunan nazir İranla münaisbətlərin yüksək səviyyədə olduğunu, prezidentin də bu əlaqələrə həssas yanaşdığını diqqətə çatdırıb. Nazir həmçinin prezidentlərin görüşü zamanı 12 sənədin imzalandığını, bu sənədlərin strateji əhəmiyyət daşıdığını bildirərək, bu səfəri tarixi səfər adlandırıb.

Əsas prioritet sahələrdən olan Şimal-Cənub nəqliyyat dəhlizi layihəsindən danışan Şahin Mustafayev səfər çərçivəsində bu yöndə iki mühüm sazişin imzalandığını bildirib. “Birinci sənəd Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında çərçivə sazişi, ikinci sənəd isə Astaraçay üzərində dəmiryolu körpüsünün tikintisi haqqında imzalanan müqavilədir ki, bu sənədlər bu ilin sonunadək Azərbaycan tərəfinin Astaraçaya qədər çatışmayan 8,3 km dəmiryolunun tikintisini başa çatdırmasına və İran tərəfi ilə birgə sözü gedən körpünün tikintisinin, eyni zamanda yük terminallarının tikintisini başa çatdırmağa imkan verəcək”,- deyə nazir vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm