Qırmızı.az
Ermənilər Qarabağ xalçalarını satışa çıxarır
Moskvada Qarabağ xalçaları satılır.
Rusiya paytaxtında Dağlıq Qarabağda istehsal olunan məhsulların
satıldığı pavilyon-mağaza işə başlayıb. Məlumata görə, mağaza
dünyanın 50 ən böyük sərgi mərkəzlərindən biri sayılan Kənd
Təsərrüfatı Nailiyyətləri Sərgisinin Ermənistan pavilyonunda
açılıb.
İşğal olunmuş ərazilərdə toxunmuş xalçalarla yanaşı, mağazada
"Arçaxberi”, "Arçaxfrut”, "Elit”, "Kataro” və s. “Qarabağ
şirkətləri”nin ərzaq məhsulları da satılacaq.
Qeyd edək ki, Qarabağda istehsal olunmuş məhsulları satacaq
pavilyon-mağazanın açılışına separatçı rejimin nümayəndələri,
Ermənistanın Rusiyadakı səfiri və bəzi ermənipərəst rus
siyasətçiləri qatılıb.
Məsələyə münasibət bildirən Şuşa Rayon İcra Hakimiyyətinin
başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai
Birliyinin sədri Bayram Səfərov “Dailykarabakh”a bildirib ki,
ermənilər xalça toxuya bilmirlər. Onun sözlərinə görə, erməninin
heç vaxt xalçası olmayıb: "Onların hamısı
Azərbaycan xalçalarıdır. Torpaqlarımızın işğalı zamanı ələ
keçiriblər. İndi də satışa çıxarırlar”.
Birlik sədri qeyd edib ki, Rusiya həmişə Ermənistanın yanında olub: "Onlardan istədikləri formada istifadə ediblər və bu gün də edirlər. Bu, yeni məsələ deyil”. (Dailykarabakh.com)
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu