Sabahın hava PROQNOZU
Bizi izləyin

Qırmızı.az

Sabahın hava PROQNOZU

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, sabah paytaxt və yarımadanın bəzi yerlərində zəif duman olacağı ehtimalı var. Mülayim şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 9-14 dərəcə isti, Bakıda gecə 6-8, gündüz 10-12 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, Böyük Qafqazın bəzi yerlərində yağış yağacağı gözlənilir.

Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə, gündüz 9-14 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm