Azərbaycanda 208 mindən çox şəkərli diabet xəstəsi var
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda 208 mindən çox şəkərli diabet xəstəsi var

Hazırda 208 mindən çox şəkərli diabet xəstəsi daim dövlət hesabına dərman və özünənəzarət vasitələri ilə təmin olunur.

Bu barədə Publika.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, şəkərli diabet üzrə “2016-2020-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həmin illər üzrə Səhiyyə Nazirliyinin təsdiqlədiyi “Tədbirlər Planı”nda bir sıra tədbirlər nəzərdə tutulub.

Belə tədbirlər sırasına şəkərli diabet xəstələrinin vahid elektron registrinin və məlumat bazasının təkmilləşdirilməsi, dərman preparatları və özünənəzarət vasitələrlə təmin olunmasının monitorinqinin təmini məqsədilə kompüter proqramının təkmilləşdirilməsi, şəkərli diabetin fəsadlarının profilaktikası məqsədi ilə tibb müəssisələrində təlim məktəbləri şəbəkəsinin genişləndirilməsi, şəkərli diabet xəstələrinin insulin və digər şəkərsalıcı dərman preparatları, özünənəzarət vasitələri ilə davamlı təmin edilməsi nəzərdə tutulub. Həmçinin pompa ilə təmin edilmiş uşaqların monitorinqi və ləvazimatlarla təminatı, şəkərli diabet xəstəliyinin kompensasiya mərhələsinin müəyyən edilməsi məqsədi ilə tibb müəssisələrinin qlükozalaşmiş hemoqlobinin təyini üçün avadanlıq və reaktivlərlə təmin edilməsi, şəkərli diabetin diaqnostikası və müalicəsi üzrə klinik protokolların hazırlanması və tətbiqi, “Diabetik pəncə” kabinetlərinin bölgələrdə yaradılması, şəkərli diabetə düçar olmuş uşaq və gənclər üçün yay düşərgələrinin təşkili, onların tibb işçiləri və tibbi ləvazimatla təmin edilməsi də proqramda qeyd olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm