Qırmızı.az
Narkoman azərbaycanlı qadınların etirafları - VİDEO
Azərbaycandakı narkoman qadınların etirafları ilə videoçarx hazırlanıb.
"Təmiz dünya" İctimai Birliyi tərəfindən hazırlanmış sosial videoçarxda narkotik istifadəçisi olan qadınların etirafları yer alıb. "Ağ ölüm"ün əsirinə çevrilmiş qadınlar, peşmançılıq hisslərini dilə gətirməklə yanaşı, narkotik alverçilərinin onları necə tora saldıqlarından da söz açıblar. Narkomaniya və ona cəlb etmə üsullarını bu qadınların öz dillərindən eşidilir.
Görüntülərdə narkotikin qurbanı olan gənc qadın öz
etirafları ilə digərlərini bu yoldan çəkindirməyə, narkotik
alverçilərinin şirin dillərinə aldanıb onların tələsinə düşməməyə
çağırır. Narkotik maddədən istifadənin ilk günlərində aldığı
həzzlərdən göylərə uçan qurbanlar, bir neçə dəfədən sonra şiddətli
ağrılarla üzləşdiklərini və ancaq bu ağrılardan qurtulmaq üçün
narkotikə möhtac olduqlarını deyirlər.
"Təmiz dünya" İB-nin sədri Mehriban Zeynalova
videoçarxın real narkotik istifadəçilərinin iştirakı ilə
çəkildiyini deyir: "Bu videomaterialda real insanlar çəkilib.
Ölkədə HIV, AIDS, malyariya və vərəmə qarşı Qlobal Fondun dəstəyi
ilə həyata keçirilən layihə iştirakçılarının razılığı ilə çəkilib.
Əslində layihədə heç də belə filmin çəkilişi nəzərdə tutulmamışdı.
Lakin layihə boyu bizi bir məsələ narahat edirdi ki, düzgün mesajı
necə çatdıraq? Bunu isə yalnız məhz narkotik istifadəçilər özləri
deyə bilərdi. Bu insanlara həmin şəxslərin dilindən bir mesajdır.
Eləcə də ətrafdakıların bu insanlara qarşı yaratdığı stiqma və
diskriminasiyanı aradan qaldırmaq, onlara daha həssas yanaşmanı
sərgiləmək məqsədi daşıyırdı. Axı heç kim, heç vaxt bu cür
problemlərdən sığortalanmayıb! Bu səpkidə daha bir real filmimiz
var, onu da diqqətinizə çatdıracağıq"./Anspress
-
Hadisə20:15
“Zığ" zavodunda dəhşətli hadisə: 5 işçi öldü, 2-si isə... - YENİLƏNDİ
-
Hadisə19:45
Zavodda PARTLAYIŞ olub - TƏBİB-dən açıqlama
-
Ekologiya19:30
Azərbaycanda bu tarixdə güclü istilər olacaq: 50 dərəcədən yuxarı...
-
ABŞ18:06
Bayden oğlu ilə "vurula" bilər: Məhkəmədə utancverici hallar gözlənilir
-
Sosial17:37
Şagird yerdəyişməsi müvəqqəti dayandırıldı
-
Region17:00
Mirzoyanla Darçiaşvili telefonla danışdı: Müzakirədə Tavuş da olub
-
Magazin115:41
Aytən Səfərovanı efirə buraxmırlar?
-
Nida Xəbər 14:46
Xaricdə nikaha girmək istəyənlərin nəzərinə