Hüseyn Bağırov vətəndaşların şikayətləri ilə bağlı tapşırıq verdi
Bizi izləyin

Qırmızı.az

Hüseyn Bağırov vətəndaşların şikayətləri ilə bağlı tapşırıq verdi

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov martın 31-də İmişli şəhərində yerləşən Heydər Əliyev Mərkəzində İmişli, Saatlı, Sabirabad və Beyləqan rayonlarında yaşayan vətəndaşlarla görüşərək onların şikayət və təkliflərini dinləyib.

Publika.Az-ın verdiyi xəbərə görə, nazir H.Bağırovla birlikdə Nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin də iştirak etdiyi görüşdə bölgə rayonlarından olan 50-dən çox vətəndaşın müraciətinə baxılıb.

Müraciətlər, əsasən meşələrin qorunması, ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı olub.

Şikayət xarakterli müraciətlərin qeydə alınaraq hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi üçün Nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verilib. Bölgə vətəndaşlarını narahat edən məsələlərin bir qismi isə elə yerindəcə həllini tapıb və müraciətlərin operativ həlli üçün zəruri tədbirlərin görülməsi təmin edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm