Rövnəq Abdullayevin yeni media qurumu yaratmasına RƏSMİ MÜNASİBƏT - ÖZƏL
Bizi izləyin

Qırmızı.az

Rövnəq Abdullayevin yeni media qurumu yaratmasına RƏSMİ MÜNASİBƏT - ÖZƏL

Rövnəq Abdullayevin yeni media qurumu yaratmasına RƏSMİ MÜNASİBƏT - ÖZƏL

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətinin rəis müavini Elçin Kazımov ARDNŞ prezidenti Rövnəq Abdullayevin “Report.az” adlı informasiya agentliyi yaratması və həmin yerdə işləyəcək jurnalistlərə yüksək məbləğdə maaş veriləcəyi barədə mətbuatda yayılanlara münasibət bildirib.

ARDNŞ rəsmisi mətbuatda yer alan sözügedən məlumatları təkzib edib. E.Kazımov deyib: “Bu layihə şirkətin layihəsi deyil. Mənim bundan xəbərim yoxdur. Hazırda şirkətdə bu barədə söhbət yoxdur. O qədər maaş heç Neft Şirkətində verilmir”.

Xatırladaq ki, yaxın günərdə ARDNŞ prezidenti Rövnəq Abdullayevin himayəsi ilə “Report.az” adlı informasiya agentliyinin fəaliyyətə başlaması barədə məlumatlar yayılıb. Mətbuatda ye alan məlumatlara görə, yeni agentliyin baş redaktoru Anar Əsgərov adlı şəxs olacaq. Qeydiyyatdan keçən agentlik hələ ki fəaliyyətə başlamasa da, artıq ofis problemi də həll olunub. Belə ki, rəhbərlik “Xətai” metorusunun yanındakı iş mərkəzində ofis kirayələyib, eyni zamanda bir neçə maşın alıb.

Onu da bildirək ki, yeni yaradılan media qurumu hazırda ölkədə fəaliyyət göstərən aparıcı informasiya orqanlarının kadr potensialı hesabına formalaşdırılır. Belə ki, artıq “APA Holdinq” və digər media qurumlarının aparıcı əməkdaşları “Report.az” adlı informasiya agentliyinə yüksək məbləğli əmək haqqı ilə işə götürülüb.

Yeni yaranan agentlikdə müxbirə 1500 manat, xüsusi müxbirə 2500 manat, redaktora 3000 manat, şöbə müdirinə isə 4-5 min manat vəd edilir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm