Qırmızı.az
İstehlaka yararsız məhsullar satışdan çıxarılıb
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı istehlaka yararsız məhsullar satışdan çıxarılıb.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata
görə, Bakının Nizami, Suraxanı rayonlarında, Sumqayıt, Qəbələ,
Lənkəran, Şəmkir, Qazax, Saatlı, Bərdə, Xudat şəhərlərində, Samux,
Siyəzən, Ağdam rayonlarında aparılan yoxlamalar zamanı ümumilikdə
400 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ texniki
sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub,
satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar
Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların
satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli
telefonlarla İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar
Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti
və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat
Mərkəzinə məlumat vermələri xahiş olunur.
-
Kriminal18:21
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı