Qənirə Paşayeva Tovuzdan xəbər verir
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva Tovuzdan xəbər verir

“Ermənistan silahlı qüvvələri mülki vətəndaşlarımızın hüquqlarını pozurlar. Onlar sərhəd bölgəsində olan kəndlərimizi, kəndlərdəki insanları, həyətləri, evləri daim atəşə tuturlar”.

“Ermənistan silahlı qüvvələri mülki vətəndaşlarımızın hüquqlarını pozurlar. Onlar sərhəd bölgəsində olan kəndlərimizi, kəndlərdəki insanları, həyətləri, evləri daim atəşə tuturlar”.

Bu sözləri millət vəkili Qənirə Paşayeva Tovuzun sərhəd bölgəsində yerləşən kəndlərinə səfəri ilə bağlı danışarkən deyib. O, bildirdi ki, ATƏT və bir sıra beynəlxalq təşkilatlar Ermənistanın bu kimi davranışlarına susmaqla obyektiv olmadıqlarını göstərir:

“ATƏT də daxil olmaqla bir sıra beynəlxalq təşkilatlar Ermənistan tərəfinin insanlıqdan uzaq əməllərini görməzdən gəlir və onların mülkü insanların yaşamaq hüquqlarını pozmasına, kəndləri gülləboran etməsinə, insanlarımızı güllələməsinə göz yumur. Bu, ədaətsizlikdir”.

Qeyd edək ki, millət vəkili ilə geniş müsahibəni sabah “Axar.az”dan oxuya bilərsiniz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm